“Suriyada əməliyyatları davam etdirəcəyik”

3-02-2020, 16:07 262 dəfə baxılıb

“Suriyada əməliyyatları davam etdirəcəyik”

“Türkiyə ordusunun endirdiyi zərbələr nəticəsində İdlibdə qarşı tərəfdən 30-35 silahlı məhv edilib”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərindən öncə keçirdiyi mətbuat konfransında bildirib.

R.T.Ərdoğan F-16 qırıcılarının Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən təyin edilən hədəfləri atəş altında saxladığını da vurğulayıb.

Türkiyə prezidenti həmçinin Rusiya tərəfinə müraciət edib: “Özəlliklə Rusiya səlahiyyətli nümayəndələrinə səslənirəm: opponentimiz siz deyilsiniz, rejimdir, bizim qarşımızı kəsməyin. Burada biz şəhid verərkən bunlara qarşı səssiz qalmamız mümkün deyil. Bunun qisasını almağa davam edəcəyik”.

“Saat 06:15-ə olan məlumata görə rejimin 46 hədəfi atəşə tutulub”, – R.T.Ərdoğan əlavə edib.

Xatırladaq ki, Suriyanın İdlib bölgəsində Bəşşər Əsədə sadiq qüvvələr və Türkiyə ordusu arasında baş verən döyüşlərdə 4 Türkiyə əsgəri şəhid olub, 9 əsgər isə yaralanıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR