Təyyarəni partladanın adı da açıqlandı, ancaq Rusiya hələ susur

9-11-2015, 14:08 697 dəfə baxılıb

Təyyarəni partladanın adı da açıqlandı, ancaq Rusiya hələ susur











Rusiyanın “Koqalımavia” şirkətinə məxsus “Airbus A321” təyyarəsinin göyərtəsinə bomba yerləşdirilməsini kimin təşkil etdiyi məlum olub

Virtualaz.org saytı xəbər verir ki, Britaniyanın “The Sunday Times” qəzeti kəşfiyyatdakı mənbələrə istinadən Misirin Sina yarımadası üzərində sərnişin təyyarəsinin partladılması əməliyyatını İŞİD-ə biət etmiş “Sina vilayəti” terrorçu qruplaşmasının rəhbəri Əbu Usəma əl-Masrinin təşkil etdiyini yazıb.
Britaniya hakimiyyəti bu informasiyanı təsdiq edir və bildirir ki, həmin terrorçunun məhv edilməsi, yaxud ələ keçirilməsi üçün Rusiya və Misir hakimiyyətlərinə kömək etməyə hazırdır.
Bildirilir ki, əl-Masrini məhv etmək üçün əməliyyat başlasa, Britaniya özünün SAS komandos birliklərini bu əməliyyata cəlb edəcək.
Üsəma əl-Masri Misir din xadimidir, “əl-Əhzər” dini universitetinin məzunudur. Qəzet yazır ki, bombanı təyyarənin göyərtəsinə “Sina vilayəti” terrorçu qruplaşmasının üzvlərindən biri yerləşdrib. Həmin terrorçunun Misirin Şarm-əş-Şeyx aeroportunun yerüstü xidmətlərindən birində işlədiyi təxmin edilir.
“Kommersant” isə yazır ki, təyyarənin “qara qutu”sunun deşifrəsi qəzanın terror aktı olduğunu dəqiq müəyyən etməyə imkan verməyib. Bu səbəbdən terror aktı versiyasını təsdiqləmək üçün əlavə ekspertiza keçiriləcək. Təyyarənin “qara qutu”sunda qeydə alınmış səslər və cəsədlərdən fraqmentlər ekspertizaya göndəriləcək.
Bu ekspertiza təyyarənin göyərtəsinə qoyulmuş bombanın tipini və partlayışın xarakterini müəyyən etməlidir.
Təyyarənin terror aktı nəticəsində partladığını ABŞ prezidenti Barak Obama və Britaniya baş naziri Devid Kemeron da bəyan edib. Buna baxmayaraq Rusiya hakimiyyəti hələ də terror versiyasını yaxına buraxmır.
Əgər Rusiya 224 nəfərin ölümünə səbəb olan hadisənin “İslam dövləti”nin terror aktı olduğunu təsdiqləsə, o zaman Suriyada Əsədi qorumaq üçün başlatdığı əməliyyatlara görə ağır itkiyə məruz qaldığını da etiraf etməli olacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR