Xaçaturov aprel döyüşləri ilə bağlı dindiriləcək

4-03-2020, 16:00 195 dəfə baxılıb

Xaçaturov aprel döyüşləri ilə bağlı dindiriləcək
Ermənistan parlamentində 2016-cı ilin aprel döyüşləri ilə bağlı yaradılmış komissiyada Baş Qərargahın o vaxtkı rəhbəri, KTMT-nin sabiq baş katibi Yuri Xaçaturov dindiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.

Məlumata görə, Xaçaturovun nə vaxt sorğu-sual edilməsi barədə parlamentin bu həftə keçirilən növbəti dörd günlük iclasından sonra qərar veriləcək.

Aprel döyüşləri üzrə komissiyanın əvvəlki iclasında sabiq müdafiə naziri Seyran Ohanyan dindirilib.

Hazırda komissiya üzvləri Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki separatçı rejimin “müdafiə ordusunun keçmiş komandanı” Levon Mnatsakanyanın komissiyaya dəvət olunmasını müzakirə edirlər.

Xatırladaq ki, komissiya 2019-cu ilin may ayında baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə yaradılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR