“Qarabağın Rusiya tərəfindən arzuolunmaz şəxs kimi tanınan bir prezidenti varsa, bu, İrəvan üçün problemdir”

5-03-2020, 21:25 342 dəfə baxılıb

“Qarabağın Rusiya tərəfindən arzuolunmaz şəxs kimi tanınan bir prezidenti varsa, bu, İrəvan üçün problemdir”


Qondarma Dağlıq Qarabağ rejimində keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən Masis Mayilyan və Samvel Babayanın Rusiyaya girişi 5 il məhdudlaşdırıldı.
Bu barədə erməni mediası həyəcanla xəbər verib.
Erməni KİV-i bildirir ki, əgər bu xəbər öz rəsmi təsdiqini taparsa, deməli, Rusiya bu namizədlərin bu ölkə üçün qəbuledilməz olduğunu nümayiş etdirir.
Erməni politoloqlar isə deyir ki, məsələyə daha qlobal baxsaq, bu yalnız Qarabağ ermənilərinin deyil, həm də Ermənistanın məsələsidir.
“Qarabağın Rusiya tərəfindən “arzuolunmaz şəxs” kimi tanınan bir prezidenti varsa, bu, İrəvan üçün problemdir”, – deyə ekspertlərin ümumi rəyində bildirilir.
Politik.am bildirir ki, Masis Mayilyanın Rusiya Federasiyasına girişinin qadağan olunması gözlənilən idi, çünki onun adı indiki Ermənistan hökumətinin fraksiyalarından olan Sorosun qolu ilə əlaqələndirilir.
Masis Mayilyan sözdə Soros və Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən dəstəklənir. Söz yox ki, hakimiyyət dəyişikliyindən sonra Rusiya mediası Moskva üçün arzuolunmaz məmurların adlarını dərc edəndə Armen Qriqoryan birinci yerdə idi. Təsadüfi deyil ki, hətta o dövrdə ruslar Ermənistandakı rus bazası barədə Armen Qriqoryanın məxfi məlumatlardan qorunması lazım olduğunu xüsusi vurğulamışdılar.
Yeri gəlmişkən, həm Xankəndinin, həm də İrəvanın Moskvaya məqbul olacaq bir prezident seçməsi çox istənir, çünki ermənilər də hesab edir ki, münaqişənin həllinin açarları Moskvadadır.konkret.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR