Dünyanın taleyüklü “qara çantalar”ı Türkiyəyə gəlir

13-11-2015, 12:46 729 dəfə baxılıb

Dünyanın taleyüklü “qara çantalar”ı Türkiyəyə gəlir















ABŞ Prezidenti Barak Obama ilə Rusiya Prezidenti Vladimir Putin Antalyaya çox mühüm qara çantalarla gələcək

Axar.az xəbər verir ki, sözügedən çantalarda dünyanın nizamını dəyişdirə biləcək nüvə silahlarının hücum kodları və yerlərinin məlumatları var.
ABŞ prezidentlərinin yanlarından heç vaxt ayırmadığı qara çanta “nüvə futbol topu” (nuclear football) adlanır. Bu çantalar ABŞ prezidentlərinin daima yanında olan zabit tərəfindən daşınır. Çanta ideyası Kuba ilə yaşanan Qəraib böhranından (1962) sonra nüvə hücumuna tez cavab verə bilmək üçün Prezident Con Kennedi tərəfindən ortaya atılıb.
Putinin yanında olan çantada isə nüvə hücumlarına qarşı erkən xəbərdarlıq sistemi və nüvə hücumu əmrinin veriləcəyi şifrələr yer alır.
Qeyd edək ki, Putin və Obama Antalyada G20 sammitində iştirak edəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR