“Vəzifədə türk gənclərinin qanı hesabına oturmusunuz”

14-04-2020, 17:23 221 dəfə baxılıb

“Vəzifədə türk gənclərinin qanı hesabına oturmusunuz”


Güney Azərbaycanın Culfa şəhərinin axundu Höccətülislam Salar Sancari türk dilinin qadağan edilməsinə qarşı çıxışı ilə gündəmə gəlib.

Cebhe.info xəbər verir ki, o, cümə namazlarından birindəki xütbəsində Güney Azərbaycan əhalisinin türk dilindən başqa dildə danışa bilmədiyini deyərək ana dilində tədrisin qadağan olunmasına qarşı çıxıb:

“İranı bu boyda problem bürüyüb. Ağanın dediyi bircə budur ki, məktəblərdə türk dilində dərs demək qadağandır. Sən mənim ana dilimi necə qadağan eə bilərsən? Ana dilində dərs demək, dərs öyrənmək hansı qanunda qadağandır? Başqa xarici dillər niyə qadağan deyil? Əgər sən bu gün vəzifədə əyləşmisənsə, o vəzifə həmin türk gənclərinin qanı hesabınadır ki, şərəfi, qeyrəti, şücaəti, kişiliyi anasından türk dilində öyrənib”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR