Qazaxıstan karantin rejimini yumşaltmağa başlayıb

21-04-2020, 14:14 226 dəfə baxılıb

Qazaxıstan karantin rejimini yumşaltmağa başlayıb

Qazaxıstan hakimiyyəti sanitar-epidemioloji təhlükəsizlik gözləniləcəyi halda, koronavirusun yayılması səbəbindən ölkədə tətbiq olunan məhdudlaşdırıcı tədbirləri tədricən aradan qaldırmaq niyyətindədir.

"RİA Novosti”nin məlumatına görə, bu barədə Qazaxıstanın Baş naziri Askar Mamin danışıb.

Baş nazir bildirib ki, aprelin 20-dən etibarən Nur-Sultan və Almatıda artıq karantin rejimi yumşaldılıb.

Bu şəhərlərdə sənaye müəssisələrinin işi, tikinti sahəsindəki təşkilatların, həmçinin, bir sıra xidmətlərin fəaliyyəti bərpa edilib.

"Biz bundan sonra da mərhələli şəkildə karantin rejimini yumşaldacağıq”, - deyə A.Mamin bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR