Bu super oliqarx koronaviruslu Nyu-Yorkda nə əcəb 16 milyon dollarlıq ev almağa qərar verdi?..

21-04-2020, 20:22 200 dəfə baxılıb

Bu super oliqarx koronaviruslu Nyu-Yorkda nə əcəb 16 milyon dollarlıq ev almağa qərar verdi?..

Amazon qurucusu, milyarder Ceff Bezos hazırda “COVID-19”-ın yayılması ilə mübarizə aparan Nyu-Yorkda "xəyal evi"ni inşa etməyə hazırlaşır.

Moderator.az xəbər verir ki, bu barədə “New-York Post” məlumat yayıb.

Son məlumata görə, 20 aprel bazar ertəsinədək şəhərdə 14,5 min insan koronavirusdan ölüb. Ancaq dünyanın ən varlı adamlarından biri buna rəğmən Beşinci prospektdəki 212 nömrəli evin 20-ci mərtəbəsində üç otaqlı bir mənzil alıb. Daşınmaz əmlak 16 milyon dollar dəyərində qiymətləndirilir. Bezosun artıq bu binada 80 milyon dollarlıq bir mənzili, üstəlik, üç mərtəbəli penthausu və birbaşa onun altında iki mənzili var. Ayrıca o, bunları birləşdirmək üçün bir tikinti icazəsi də almağa çalışır.

"Düşünürəm ki, bu, Nyu-York əmlak bazarına inamı artıracaq. Çünki dünyanın ən varlı adamı bu şəhərə etibar edib, baxmayaraq ki, indi Nyu-York koronavirusun “paytaxtı”dır", - yerli rieltorlardan biri belə deyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR