"3-cü Dünya müharibəsi 2020-ci ildə başlayacaq..."

29-04-2020, 12:09 498 dəfə baxılıb

"3-cü Dünya müharibəsi 2020-ci ildə başlayacaq..."


XX əsrin əvvəlində bir yəhudi din xadimi 3-cü Cahan savaşının başlayacağı tarixi söyləyib.

Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərdə belə deyilir.

“Bu gün bəşəriyyət pandemiyaya məruz qaldığından onun başlaması çətin baş tutsun. Çünki bir çox ölkələrin iqtisadiyyatı bərbad vəziyyətdədir” –xəbərdə daha sonra deyilir.

Ancaq yəhudiliyin mənəvi atası sayılan ravvin Hafets-Haimin(1838-1933) 100 il əvvəl 3-cü Dünya Müharibəsinin başlanacağı tarixi proqnozlaşdırdığı iddia edilir . Ravvin Birinci Dünya Müharibəsi dövründə yaşayıb. Həmin savaş başa çatdıqdan sonra o deyib ki, 25 ildən sonra qurbanların sayı baxımından birincini ötəcək yeni bir Cahan müharibəsi başlayacaq. Və belə də oldu: İkinci Dünya Müharibəsi müasir bəşəriyyət tarixində ən böyük müharibəyə çevrildi. Yəhudi din xadimi daha sonra əlavə edib ki, ikinci savaş son olmayacaq, 75 ildən sonra da Üçüncü Dünya Müharibəsi başlayacaq.Yeni bir müharibə böyük bir inanc qaranlıqlığının nəticəsi olacaq. Uzaq Şərqdə və ya İraqda başlayacaq. Hafets-Haimin proqnozlarına görə, dünya tarixinə düşəcək nəhəng bir hadisə bu il 9 may – 2 sentyabr tarixləri arasında başlamalıdır. Bir çox öncəgörənlər avqustun sonu və sentyabrın əvvəlinə uyğun olan hava təsvir edirlər. Nəticə etibarilə Üçüncü Dünya Müharibəsi, çox güman ki, ilin ikinci yarısında başlayacaq...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR