Trampdan ilginc etiraf: “Biz mütəxəssisləri dinləyirdik, amma onlar da səhv etdilər...”

29-04-2020, 11:38 201 dəfə baxılıb


Trampdan ilginc etiraf: “Biz mütəxəssisləri dinləyirdik, amma onlar da səhv etdilər...”
ABŞ prezidenti Donald Tramp ölkəsində 1 milyondan çox insanın koronavirusa yoluxmasını şərh edib.

Tramp ölkədə koronavirusa yoluxanların sayının 1 milyonu ötməsini test sayındakı artımla əlaqələndirərək bundan sonra daha çox virusa yoluxanların olacağını bildirib.
Tramp Ağ Evdə məsələylə bağlı jurnalistlərin suallarını cavablandırıb:

“Bunu anlamalısınız ki, biz dünyada hər kəsdən çox test edirik. Məsələn, Çində nə qədər çox test edilsə, o qədər də virusa yoluxan insanların sayının çox olduğunu görəcəksiniz. Qarşıdakı aylarda bizdə də virusa yoluxan insanların sayı artmış olacaq, çünki daha çox test edəcəyik. Vaxtı gələndə isə bu say sayı sıfra düşəcək”.

Tramp koronavirusla bağlı mütəxəssislərin yalnış məlumatlar verdiyini bildirib:

“Bəzi mütəxəssislər, yaxşı adamlar bu pandemiyanın ABŞ-a təsir etməyəcəyini bildirdi. Çindən başqa koronavirusun heç bir ölkəyə təsir etməyəcəyini söylədilər. Biz də hər zaman olduğu kimi mütəxəssisləri dinlədik. Amma onlar yanıldılar. Heç onlar da virusun bu qədər ciddi olacağını bilmirdilər”-deyə Tramp bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR