Erməni əsgərləri bir birilərini güllələdilər

30-04-2020, 20:55 580 dəfə baxılıb

Erməni əsgərləri bir birilərini güllələdilər

Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən əsgərlər arasında nizamnamədən kənar münasibətlər zəminində baş verən daha bir cinayət faktı ortaya çıxıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, hərbi qulluqçular tərəfindən təhqirlərə və təzyiqlərə məruz qalan əsgər Arman Mesropyan odlu silahdan atəş açmaqla özünə qəsd edib. Şahidlərin dediyinə görə, özünə qəsd etməzdən əvvəl A.Mesropyan odlu silahdan atəş açaraq onunla birlikdə eyni bölükdə feldşer kimi xidmət edən digər hərbi qulluqçunu da ağır yaralayıb.

Faktla bağlı araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR