Qazaxıstanda 4 jurnalistdə koronavirus aşkarlanıb

30-04-2020, 16:57 220 dəfə baxılıb

Qazaxıstanda 4 jurnalistdə koronavirus aşkarlanıb

Qazaxıstan indiyədək qeydə alınmış yoluxma hallarının sayı 3138-ə çatıb.

Bu barədə məlumatı Dövlət Komissiyası yanında fövqəladə vəziyyət rejiminin təmin edilməsi üzrə Operativ Qərargah yayıb. Qeyd olunub ki, ölkə üzrə COVID-19-dan sağalanların sayı 819 olub, son bir neçə gündə isə ölüm hadisəsi qeydə alınmayıb.

Qazaxıstanda koronavirus xəstələri ilə təmasda olan 4 jurnalistdə yoluxma halı təsdiqlənib.

Ölkənin baş dövlət sanitar həkimi Ayjan Yesmaqambetova Qazaxıstanda koronavirus infeksiyasının ikinci dalğasını gözlədiklərini bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR