Belarus rus jurnalistləri ölkədən qovdu

8-05-2020, 12:18 230 dəfə baxılıb

Belarus rus jurnalistləri ölkədən qovdu


Belarus 9 may paradından öncə bir neçə rus jurnalisti ölkədən qovub.



Moderator.az rus mediasına istinadən xəbər verir ki, buna səbəb mayın 9-da Qələbə Günü münasibəti ilə Belarusda keçiriləcək paradla bağlı rus jurnalistlərin tənqidi fikirlər səsləndirməsi olub. Belə ki, rus jurnalistləri paradöncəsi hazırladıqları materialda bu paradın koronavirusun yayılmasına şərait yaradacağı ilə bağlı fikirlər bildirib. Məhz bundan sonra rus jurnalistlərin qeydiyyatı ləğv edilib.



Həmçinin, Belarus tərəfi bəyan edib ki, bundan sonra da ictimai-siyasi təbəddülata səbəb olacaq informasiya yayan jurnalistlərə qarşı sərt tədbirlər görüləcək.



Məlumat üçün qeyd edək ki, Belarusun bu addımı bəzi Rusiya saytlarında Minskin Moskvaya qarşı informasiya müahribəsi kimi dəyərləndirilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR