ƏRDOĞAN NİYƏ ÇEVRİLİŞLƏ TƏHDİD EDİLİR?

11-05-2020, 10:34 154 dəfə baxılıb

ƏRDOĞAN NİYƏ ÇEVRİLİŞLƏ TƏHDİD EDİLİR?


“Dövlətlərin hüququ” anlayışını mənimsəyənlərlə dövləti heçə sayan qlobal ağıl arasındakı yeni gərginlik və müharibə qoxan vəziyyət diqqətimizi “Kim qazanacaq?” sualına yönəldir.

Görünən budur ki, dövlətləri şirkətlər kimi görənlərin əsas məqsədi dəyərlər sistemini və dövlətləri ayaqda saxlayan fundamental sistemləri zədələməkdir.

Qlobal pandemiya sayılan COVİD-19-a “keçici müddət” olaraq baxa bilməyənlərdən olduğumdan, hadisənin fərqli mənzərələrini izləyirəm.

Dövlətləri və onları ayaqda saxlayan təməl prinsipləri zədələməyə hesablanmış planlara baxanda, bundan ən çox qazanclı çıxanların şirkətlər və “pul baronları” olduğu anlaşılır.

Son zamanlar neft qiymətləri, qida və su ehtiyaclarına baxdıqda da, nəzarətin dövlətlərdən daha çox həmin pul sahiblərində olduğunu görürük.

Müharibələr və tərəflər də, sanki, koronavirus kimi mutasiyaya uğrayır. Necə? İzah edim.

Əvvəllər müharibənin tərəfləri sadəcə dövlətlər idi. İkinci Dünya Savaşından sonra dövlətlərlə yanaşı, müharibələrə şirkətlər də qoşuldu. Nümunə olaraq, Hitler Almaniyasının 6 illik vəhşilik hekayəsinin arxasında qlobal şirkətlərin olduğu faktını görməzdən gəlmirəm. Bu vəhşilikləri törətmək üçün Hitlerə edilən maddi dəstəklərin hansı şirkətlər tərəfindən həyata keçirildiyini öyrənmək artıq elə də çətin deyil.

Deməli, ikinci mərhələdə dövlətlərlə birlikdə, şirkətlər də bu səhnəyə çıxdı.

İndiki mərhələ isə daha yenisidir və gedişatdan görünür ki, bu yeni mərhələdə rol alanlar dövlətlərdən daha çox, şirkətlər, zənginlərdir! Və üstəlik, indi bir ölkəni çökdürüb, digərinin inkişafına şərait yaradan “pul ssenariləri” daha aktualdır.

Təbii ki, bu, o qədər də asan deyil. Çirkli media şəraitində itimai rəy formalaşdırma metodologiyalarının fəallığı ciddi amildir və bunu görməzdən gələ bilmərik.

Belə bir vəziyyətdə “Bu işin içindən necə çıxmaq lazımdır?” sualı çox önəmlidir.

İndi dövlətlərin işi çətinləşib. Qarşılarındakı rəqibləri dövlətlər yox, şirkətlər, pul sahibləridir və onların dövlətlərlə haqq-hesab çəkdiyi zamandayıq.

Bu çətin dövrdən keçdiyimiz zamanda isə həyatda qalmağı bacaranların qlobal ölçüdə güclü həmlələr edərək qazanmaq şansı da daha çoxdur.

Türkiyə artıq qazananlar siyahısında ilklərdəndir. Daxili mediada tez-tez səsləndirilən “çevriliş” ifadələrini ciddiyə almayın. Bu səs-küyün səbəbi məlumdur. Hökumət və Ərdoğan böhranı idarə edə bilib. Bu idarəetmə qabiliyyəti isə bütün siyasi aktyorların planlarını puç edib.

Orta Şərqin “SPUA dühası” (Silahlı Pilotsuz Uçuş Aparatı) adlandırılan Türkiyəyə bu fürsəti verən Səlcuq Bayraqdara (Türkiyənin ilk milli SPUA sisteminin qurucusu, mühəndis) qarşı atılan şər-böhtanların səbəbi nədir? Prezident Ərdoğanı rəhmətlik Menderes ilə müqayisə edən və aqibətini də ona bənzədəcək qədər həyasızlığın, satqınlığın və vəhşiliyin altındakı səbəb nədir?

Bəli, bu gediş geriyə dönüşü olmayan gözəl bir Türkiyə vəd edir. Buna görə də, Ərdoğan artıq ölümlə təhdid edilir. Silahlı hücum və müqavimət bəyanatlarının altında gizlənən səbəb də budur! Bayraqdara edilən haqsızlıq və hədsizliyin səbəbi də budur. Türkiyə artıq qazananların siyahısındadır. Bütün məsələnin kökü də budur.

Tərcümə Strateq.az-ındır


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR