Çinin İsraildəki səfiri evində ölü tapılıb

17-05-2020, 16:51 220 dəfə baxılıb

İsrail mətbuatı Çinin İsraildəki səfiri 57 yaşlı Du Veyin Təl-Əvivin şimalındakı Herzliyadakı evində ölü tapıldığını bildirdi.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səfirin ölüm səbəbi ilə bağlı hər hansısa açıqlama verilməyib və hüquq-mühafizə orqanları ölümün səbəbləri barədə araşdırmalara başlayıb.

İsrail mətbuatının yaydığı xəbərə görə, 57 yaşlı çinli səfir bu vəzifəyə hələ fevral ayında təyin olunub.Çinin İsrail səfirliyinin mətbuat rəhbəri açıqlamasında “normal prosedurlar yerinə yetirilir, polis orqanları araşdırmaları yerinə yetirir” deyə bildirib.

Digər tərəfdən, İsrailin “Channel 12 TV” telekanalında araşdırma aparan İsrail rəsmilərinin açıqlamalarına da yer verilib. Onların açıqlamasına görə çinli səfirin yuxuda olan zaman təbii səbəblərdən dünyasını dəyişmə ehtimalının güclü olduğunu bildiriblər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR