Yaponiyada güclü zəlzələ baş verib

18-05-2020, 16:16 196 dəfə baxılıb

Yaponiyanın şimal-şərqindəki Miyaqi prefekturasında 5.2 bal gücündə zəlzələ olub.

Cebhe.info xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilir ki, episentri Miyaqi prefekturasının Çubu bölgəsində olan zəlzələ, yerin 50 kilometr dərinliyində baş verib.

Ətraf ərazilərdə də hiss olunana zəlzələnin yerli vaxtla saat 12:00-da olduğu bildirilir.

Agentlik sunami xəbərdarlığı etməyib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR