Türkiyədə gizli yas mərasimində 163 nəfər koronavirusa yoluxdu

26-05-2020, 15:21 204 dəfə baxılıb

Türkiyənin Van vilayətində yas mərasimlərinin keçirilməsi qadağasına baxmayaraq, gizli təşkil edilən mərasimlərin iştirakçıları yeni növ koronavirusa (COVID-19) yoluxublar.

Vanın Edermit rayonunda 35 nəfər, İpəkyolu rayonunda isə 128 nəfər koronavirusa yoluxub. Virusa yoluxan 163 nəfərdən biri vəfat edib. Ölən şəxs Türkiyə Səhiyyə Nazirliyinin tələbləri çərçivəsində dəfn edilib. Vanın Edermit və İpəkyolu rayonlarında gizli qurulan yas çadırlarına görə mərasim sahibləri məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, İpəkyolunun İranla sərhəd Ortanca kəndində 20 gündən artıqdır ki, karantin rejimi tətbiq olunub.

Vanda indiyə qədər 478 nəfər bu infeksiyaya yoluxub. Van valiliyindən bildirlib ki, vilayətdə COVID-19-la mübarizə tədbirləri çərçivəsində indiyədək 61 nəfər karantinə alınıb, hazırda 18 min nəfər karantindədir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR