İndianapolisdə etirazlar zamanı bir nəfər öldü

31-05-2020, 11:34 225 dəfə baxılıb

Afroamerikalı Corc Floydun ölümü ilə bağlı ABŞ-ın İndianapolis şəhərində davam edən etiraz aksiyası zamanı bir nəfər həlak olub.

Həmin şəxs odlu silahdan açılan atəş nəticəsində ölüb. Daha 3 nəfər isə güllə yarası alıb.

Aksiya zamanı polis əməkdaşının yaralandığı deyilir. Həmin insidentlə bağlı araşdırma aparılır.

Bundan başqa, Denver şəhərində naməlun şəxs avtomobili polis maşınının üstünə sürüb.

Hadisə nəticəsində 3 polis əməkdaşı və bir mülki şəxs xəsarət alıb. Hadisəni törədən şəxs bölgədən uzaqlaşıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR