“İstənilən halda, Putindən sonra Rusiyada hakimiyyətə "hansısa yaramaz" gələcək...“

31-05-2020, 15:45 226 dəfə baxılıb

Andrey Piontkovski Rusiya prezidenti Vladimir Putin haqqında malalamadan danışan, sözü birbaşa deyən politoloqlardandır.

Moderator.az ABŞ-da yaşayan politoloqun “Obozrevatel” nəşrinə verdiyi müsahibəsini təqdim edir:

“Rusiya Prezidenti Vladimir Putinin ən yaxın silahdaşları artıq onun haqqında heç bir ilyuziya yaratmır, müzakirə onu fiziki cəhətdən aradan qaldırmaq və ya onu hakimiyyətə real təsirdən məhrum etməkdən gedir.
Gəlin, Putini devirə biləcək bu 5-6 adamın psixologiyasına baxaq. Artıq onun haqqında heç bir illüziya yoxdur. Onlar anlayırlar ki, bu boş televiziya qutusu artıq işləmir. Bunu digər bunkerlərlə (söhbət pandemiya dövründə Putinin bunkerə çəkilməsindən gedir-tərcümə) müqayisə etsək - Hitler və Stalinin ətrafı ilə, ya hansısa yaramazla birgə olurlarsa olsunlar, onlar xarizmatik şəxsiyyətlər idilər və ətrafları da onlara hörmət hissi bəsləyirdilər. Bunların arasında isə eləsi yoxdur. Bəs o zaman, niyə onu əvəz etmirlər? Ona görə ki, bu yapışqanın dəyişdirilməsi onlar üçün ciddi təhlükə yaradır"

Piontkovski əlavə edib: “Putinin sərt şəkildə kənarlaşdırılması və diskreditasiya olunması halında, potensial sui-qəsdçilərdən soruşa bilərlər: uzun illər belə bir adamın yanında nə ediblər?”

"Əgər sabah onun infarktdan və ya koronavirusdan öldüyü elan olunarsa-bu daha asan yol ola bilər. Amma bu son üç ayda davam edən bütün siyasi təlaşlar – Putinin gözlənilməz mesajları, konstitusiya dəyişiklikləri, müddətin sıfırlanması" - bu onu göstərir ki, onlar bu işi daha az sərt bir şəkildə həyata keçirmək istəyirlər. Dövlət şurası yaratmaq, onu formal olaraq saxlamaq, amma faktiki hakimiyyətdən məhrum etmək. Çünki Putin getdikcə sıradan çıxır, sadəcə uyğun olmayan birinə çevrilir. Siz onun üzünə, davranışına baxın" - politoloq deyib.

İstənilən halda, Putindən sonra Rusiya Federasiyasında hakimiyyətə "hansısa yaramaz" gələcək”- deyə, Piontkovski sözlərinə əlavə edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR