Dindən dönən şairi edam etdilər

21-11-2015, 12:44 635 dəfə baxılıb

Dindən dönən şairi edam etdilər

















Deyilənə görə, o, Allahı və Məhəmməd peyğəmbəri lənətləyib

Səudiyyə Ərəbistanında məhkəmə Fələstin şairi Əşrəf Fəyadı dindən döndüyünə görə ölümə məhkum edib, Reyter Human Rights Watch hüquq-mühafizə təşkilatının iş üzrə tanış olduğu sənədlərə əsasən məlumat yayıb.

Şair Səudiyyə Ərəbistanının dini polisi tərəfindən 2013-cü ildə ölkənin cənubi-qərbində Abha şəhərində saxlanılıb, daha sonra həbs edilib və 2014-cü ilin əvvəlində mühakimə edilib.

Məhkəmənin qərarına görə, Fəyad dörd il müddətinə azadlıqdan məhrum edilib və 800 şallaq cəzası alıb, apellyasiyadan sonra isə digər hakim ölüm hökmü çıxarıb, Human Rights Watch-ın nümayəndəsi Adam Kuql bildirib.

Şahidlərin verdiyi ifadələrdə Fəyadın Allahı və Məhəmməd peyğəmbəri, Səudiyyə Ərəbistanını və illər öncə yazdığı şeirlər toplusunu lənətləyib, bu ifadələr ona dair çıxarılan hökmə əsas olub.

Səudiyyə Ərəbistanının Ədliyyə Nazirliyinin və ya ölkə hakimiyyətinin digər nümayəndələrindən işə dair şərh almaq mümkün olmayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR