Ermənistanda rekord sayda yoluxma faktı qeydə alındı - ölü sayı 410-a çatıb

26-06-2020, 16:44 279 dəfə baxılıb

Ermənistanda daha 759 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 23 247-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 13 nəfər artaraq 410-a çatıb. İndiyədək 12 149 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 625 aktiv koronavirus xəstəsi var.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR