Qarşınızda türk ordusunu görən kimi Rusiyadan kömək dilənirsiniz? - Sizə tüpürmək və sizi silmək üçün...

19-07-2020, 19:55 196 dəfə baxılıb

Marqarita Simonyanın ermənilərə qəzəb dolu müraciəti...

Rusiyanın RT kanalının (Russian Today) və “Sputnik” agentliyinin rəhbəri, Putinin xarici auditoriya üzrə 1 nömrəli təbliğatçısı Marqarita Simonyan "V Kontakte" (vk.com) sosial şəbəkəsində Ermənistanın və ermənilərin ünvanına yazdığı həddindən artıq sərt paylaşımı ilə bütün erməniləri qəzəbləndirib

Belə ki, M.Simonyan ermənilərin ondan son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə bağlı mövqe bildirmək tələblərindən bezdiyini açıqlayıb.

Bununla əlaqədar olaraq o sosial şəbəkə üzərindən Ermənistana müraciət etmək qərarına gəlib.

Bu da həmin paylaşımın müxtəsər məzmunu:

"Nə etdiyinizə baxın. Özünüzü necə aparırsınız. Rusiyadan aldığınız çoxillik yaxşılıq və müdafiəyə nadanlıqla cavab verirsiniz.

Siz Rusiyanın dəyişməz müttəfiqi olan Robert Köçəryanı türməyə basdınız. Siz bununla da ”rus dostlar”ın üzünə tüpürdünüz.

Siz ölkədə antirusiya ab-havası yaratdınız, erməni gənclərə Rusiyada hakimiyyəti necə devirməyi öyrətdiniz. Siz Qafqazda antirusiya qüvvələrinin plasdarmına çevrilmisiniz.

Siz rusiyalı biznesmenləri Ermənistandan qovdunuz.

Sizin media və sosial şəbəkələriniz hər saat Rusiyanı, Putini dəstəkləyənlərin hamısına çirkab atırsınız.

İndi isə Ermənistan sərhədində müharibə sizi təşvişə, qorxuya saldı, rejiminizin mövcudluğu belə sual altına düşdü. Qarşınızda türk ordusunu görən kimi Rusiyadan kömək dilənirsiniz?

Elədikləriniz nə tez yaddan çıxdı?

Son illərdə Rusiyaya göstərdiyiniz bütün pislikdən və nifrətdən sonra sizin kömək gözləməyə haqqınız yoxdur!

Əslində, etdiyiniz bütün işlərdən sonra Rusiya sizə tüpürmək və sizi silmək üçün tam mənəvi haqqa malikdir.

Müharibə haqqında isə hər iki tərəfə yalnız bir söz deyəcəyəm: Dayanın! Müharibədən daha pis bir şey yoxdur”.

Qeyd: Simonyanın bu statusunun altında ermənilər qəzəbli rəylər yazıblar. Ruslar isə əksinə, Simonyanı dəstəkləyiblər.

M.Simonyan bu statusunu digər sosial şəbəkələrdə də paylaşıb. Daha doğrusu, keçid edib.

M. Simonyanın statusunun orijinal mətni aşağıdakı linkdə:

https://vk.com/wall561960677_11869?fbclid=IwAR2X26XxwFd4xp_uzctIiqK8NZCXxY8trv196NsX57D


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR