Putinin reytinqi tarixi maksimuma çatdı

25-11-2015, 13:16 794 dəfə baxılıb

Putinin reytinqi tarixi maksimuma çatdı


















Rusiyalı prezidenti daha çox kasıblar sevir

Rusiya cəmiyyətində prezident Vladimir Putinin dəstəklənməsi həddi tarixi maksimum səviyyəsində qalır və 87-88 faizdən ibarətdir.

TASS xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzinin (ÜİFÖM) rəhbəri Valeri Fedorov bildirib.

“Vladimir Putinin ilk dəfə Rusiya hökumətinin başçısı olduğu zamandan, 1999-cu ildə start götürmüş 15 illik müşahidələr ərzində onun nüfuz reytinqi üç dəfə pik həddə çatıb – bu, 1999-cu ilin payızı, 2002-ci ilin payızı və artıq 1 il altı ay ərzində davam edən indiki dövrdür”, - Fedorov bəyan edib.

ÜİFÖM sosioloqlarının hesablamalarına görə, Putinin prezident postunda işinin ictimaiyyət tərəfindən bəyənilməsinin səviyyəsi 2014-cü ilin yazından Krımdakı hadisələrin fonunda yüksəlməyə başladı. Keçən ilin mayında reytinq fevralda olan 64 faizdən 86 faizə qədər artdı. Bu ilin oktyabrında isə 87 faizə çatıb.

Cəmiyyətdə sosial-iqtisadi problemlərin artması hələlik prezidentin dəstəklənməsi səviyyəsində əks olunmur. Prezidentin reytinqi daha çox əhalinin aztəminatlı təbəqəsi arasındadır – 2013-cü ilin noyabr ayında 45 faiz olan reytinq göstəricisi 2015-ci ilin mayında 82 faiz olub. Orta təminatlı təbəqə arasında prezidentin reytinqi 63 faizdən 88 faizə qədər artıb.

Oktyabrın sonunda ÜİFÖM Putinin reytinqinin 89,9 faiz göstəricisi ilə tarixi rekord vurduğunu bildirib. Prezidentin reytinqinin belə artmasına Rusiyanın Suriyadakı əməliyyatlara başlaması da təkan verib.

Oktyabrın əvvəlində Forbes jurnalı üçüncü dəfə Vladimir Putini dünyada ən nüfuzlu adam adlandırıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR