Cimmi Karter: İsa gey nikahlara haqq qazandırardı

8-07-2015, 14:24 785 dəfə baxılıb

Cimmi Karter: İsa gey nikahlara haqq qazandırardı














“Mən gey nikahların hələ kiməsə zərər gətirdiyini görməmişəm”

ABŞ-ın keçmiş prezidenti Cimmi Karter hesab edir ki, İsa peyğəmbər eynicinsli nikahlara haqq qazandırardı.

azinfo.tv xəbər verir ki, 90 yaşlı siyasətçinin sözlərini The Huffington Post sitat gətirir.

“Mən hesab edirəm ki, İsa istənilən məhəbbəti dəstəkləyərdi - əgər o səmimi olar və heç kəsə zərər gətirməzdisə. Mən gey nikahların kiməsə zərər gətirdiyini görməmişəm”, - deyə, o, “Tam həyat: doxsan yaşında düşüncələr” adlı memuarlarını təqdim edərkən deyib.

Karter öz fikirlərini İncildən olan mətnlə təsdiq edə bilməyib.

Kitabda Karter daha çox inama yer ayırır. Nəşrin qeyd etdiyi kimi, sabiq prezidentin dini etiqadı onu amerikalıları sevdikləri adamla evlənməkdə dəstəkləməsinə mane olmur.

ABŞ-ın Ali məhkəməsi iyunun 26-da ölkə ərazisində bircinsli nikahları qanuniləşdirdi. Bu zamana qədər bircinsli nikahlar 50 ştatdan 37-də qəbul edilmişdi.

İlk dəfə olaraq homoseksual nikahları 2001-ci ildə Niderlandda qeydiyyatdan keçirməyə icazə vermişdilər. Bu gün isə onlar dünyanın 20 ölkəsində qanuniləşdirilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR