Tələbə qız İŞİD-ə qoşulmaq üçün evdən qaçdı - atası onu aereportda… - VİDEO

29-11-2015, 13:11 753 dəfə baxılıb

Tələbə qız İŞİD-ə qoşulmaq üçün evdən qaçdı - atası onu aereportda… - VİDEO















Rusiya paytaxtı Moskvada xüsusi xidmət orqanları İŞİD terror qruplaşmasına qoşulmaq üçün qaçmaq istəyən nüfuzlu ali məktəb tələbəsini saxlayıb

Hüquq-mühafizə orqanlarının əməkdaşları 20 yaşlı İrina Babıkinanı paytaxt aeroportunda tutublar.

İrina Babıkina Türkiyəyə uçmaq istəyib. İrina dünən gündüz Vnukovo aeroportunun təhlükəsizlik xidmətlərinin sərhəd nəzarətini keçən zaman dayandırılıb. Hava limanına Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları gələrək "Türk hava yolları" reysinin sərnişinini dindirmə üçün ayrı kabinetə keçiriblər.

Sənədlərin təkrar yoxlanması zamanı əməkdaşlar əmin olublar ki, 20 yaşlı İrina Babıkina bir neçə gün əvvəl onlara atası tərəfindən kömək üçün müraciət edilmiş qızdır. Atası qızının İŞİD-ə qoşulmaq məqsədilə ölkəni tərk etmək niyyəti barədə FTB-yə müraciət edib.

Qızın atası Viktor İrinanın İstanbula sevgilisi iordaniyalı Yazanu Adel Qalim Abbasinin yanına getdiyini bildirib. Xeyli vaxt ərzində qızla ünsiyyət saxlayan iordaniyalı daha sonra onu qonaq dəvət edərək evlənməyə çağırıb. İrina İŞİD terror qruplaşmasına qoşulmaq üçün cəlb olunub.

İordaniya vətəndaşı Babıkinanı Türkiyəyə gəlməyə inandırmağı bacarıb. Tələbə qız İstanbula ən yaxın reysə bilet alaraq qaçmağa çalışıb. Xüsusi xidmət orqanlarının əməkdaşları qızı atasına təhvil verib. Viktor qızın gələcəkdə qaçmaq cəhdlərinin qarşısını almaq üçün aeroportda onun pasportunu cırıb. Faktla bağlı araşdırma aparılır.

Varvara Karaulova - Moskva Dövlət Universitetinin tələbəsi

Bu il mayın 28-də Moskvada 19 yaşlı tələbə Varvara Karaulova İŞİD terror qruplaşmasına qoşulmaq üçün evdən qaçaraq Türkiyəyə getmişdi. Moskva Dövlət Universitetinin tələbəsi olan Varvara Suriya ilə sərhədi keçməyə çalışarkən Türkiyə polisi tərəfindən yaxalanaraq rus polisinə təhvil verilmişdi.

Daha sonra Moskvaya gətirilən qıza qarşı cinayət işi qaldırılıb. Həmin hadisə zamanı İŞİD terror qruplaşmasına qoşulmaq istəyən 18 nəfər saxlanılıb. Onlardan 8-i uşaq olub. Qrupda olanlardan 12-nin Rusiya, 4-nün Azərbaycan vətəndaşı, 2-nin isə Türkiyə vətəndaşı olduğu deyilir. Azərbaycan vətəndaşlarının kimliyi açıqlanmayıb. (ans)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR