Birinci dalğanın İKİNCİ PİK HƏDDİ - Xəstəxanalar yenidən dolacaq?

2-09-2020, 10:30 266 dəfə baxılıb

Türkiyə koronavirus pandemiyasının birinci dalğasının ikinci pik həddini yaşayır.

Bunu ölkənin Səhiyyə naziri Fahrettin Koca "Hürriyət"in köşə yazarı Ahmet Hakana açıqlamasında deyib.

Nazir bildirib ki, pik həddə yenidən yüksəlmənin səbəbi toy mərasimləri və şənliklərdir.

A.Hakan köşə yazısında İstanbulda vəziyyətin nəzarətdə olduğunu, ciddi artım müşahidə edilmədiyini qeyd edib. Ölkənin Mərkəzi və Cənub-şərqi Anadolu bölgələrində yoluxma sayının artdığını bildirib.

Nazirin A.Hakana verdiyi statistik məlumatlara əsasən, hazırda ölkə miqyasında xəstəxanalarda doluluq səviyyəsi 47 faiz təşkil edir.

Reanimasiyada doluluq səviyyəsi isə 60 faizdir. (publika.az)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR