Tarixi şərait artıq türkün lehinə işləyir - ekspert

10-09-2020, 16:20 272 dəfə baxılıb

“Türkiyəsiz Azərbaycan, Azərbaycansız Türkiyə türk dünyasının ümid işığı ola bilməz. Bu işıq iki qardaş ölkənin vəhdətindən doğacaq”.

Bu sözləri “Şərq”ə açıqlamasında politoloq Аzər Qasımov deyib. Siyasi şərhçi bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı inamın ən parlaq nümunəsidir:

“Əsrlərdir türk xalqlarına olan təzyiqlərin kökündə türkün böyüklüyünü, ucalığını, şanlı tarixini unutdurmaq istəyi dayanırdı. Artıq türk xalqları oyanıb, nə istədiklərini, hara gələ biləcəklərini yaxşı başa düşürlər. Türkiyənin öndərliyində Azərbaycan nəinki Qarabağ, Cənubi Azərbaycan məsələsini də həll edəcək. Tarixi şərait artıq türkün lehinə işləyir”.

Siyasi şərhçinin fikrincə, Türkiyənin silah istehsalı sektorunun inkişafı, Azərbaycana verdiyi hərbi dəstək bizi daha da cəsarətləndirir:

“Türkiyənin “dərin dövlət” ağlı, strateji planlama və tarixi təcrübəsi ilə Azərbaycanın müasir potensialının vəhdəti sayəsində qarşıya qoyulan geosiyasi hədəflərə nail olmaq daha da asanlaşacaq. Biz hələ yolun başındayıq. Türk dünyasının birliyi islam dünyasının da bütövlüyünə səbəb olacaq və bu birlik türkün şanlı keçmişini bərpa edəcək”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR