“Niyə Qərb üçün Assanj cunayətkar, Navalnı isə qəhrəmandır?..” -Almaniya deputatı...

21-09-2020, 09:03 227 dəfə baxılıb

"Bloger Navalnı ilə yaşanan hadisədən sonra Rusiyaya qarşı qəribə açıqlamalar verilir. Sərtlik nümayiş etdirməyi, insan haqlarını müdafiə etməyi təklif edirlər. Bütün bunlar nə üçündür? Tamamilə anlaşılmazdır. Çünki Navalnı məsələsinin tam bir təxribat olduğu göz qabağındadır...”

Moderator.az “Livejournal” nəşrinə istinadla xəbər verir ki, bu gözlənilməz fikirləri Almaniya Bundestaqının deputatı Sara Vagenknext dilə gətirib.

Vagenknext ABŞ və Avropa ölkələrinin gizli işləri barədə informasiyalar yayan Julian Assanjın “qatı bir cinayətkar” kimi həbsxanada saxlanıldığını, amma nədənsə Navalnının qəhrəman kimi təqdim edildiyini xatırladıb. “Müxtəlif dələduz sxemlərdə iştirak edən Navalnı Qərb üçün bir “qəhrəmanlıq rəmzi”dir, Assanjı isə 175 il həbs cəzasına məhkum etməyə çalışırlar”, -deyə alman deputat vurğulayıb.


“Bütün bunlar ikiüzlülük və yalandır... Almaniya Səudiyyə Ərəbistanından neft idxal edir, orada isə insanların başları kəsilir və ya şallaqlanır. Və həmin cəzalar qanunda təsbit edilib. Liviyada da neftə işgəncə tətbiq edən qeyri-legtim Keçid Milli Şurası nəzarət edir. Niyə almanlar o qurbanları düşünmürlər, amma qətiyyən qurban olmayan Navalnının qurban olduğunu düşünürlər?”- deyən
Vagenknext əlavə edib ki, ABŞ-ı müttəfiq hesab etmir, çünki ölkə Almaniyanı sanksiyalarla təhdid edir. “Bu, necə bir ittifaqdır?..”-deyə alman deputat sual edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR