ÜST daha çox ölüm vəd etdi: "Yaz kabusu" geri qayıtdı - Ölkələr "bağlanır"

22-09-2020, 15:48 222 dəfə baxılıb

Avropa ölkələrində “yaz kabusu” geri qayıdıb.

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, bir çox Avropa ölkələrində artıq koronavirusun ikinci dalğası başlayıb və vəziyyət getdikcə gərginləşir.

Çexiya Səhiyyə Nazirliyi ölkədə yoluxma sayının artdığını bildirib. Ölkənin baş epidemioloqu Roma Primulanın sözlərinə görə, ölkədə karantinin ikinci mərhələsi başlayır.

İsrail də artıq özünü təcrid edib. Ölkədə yoluxma sayının artması bunu vacib edib. İkinci dalğanın birincidən nə ilə fərqləncəyəni isə demək hələlik tezdir.

Avropanın mərkəzində Slovakiya, Macarıstan da artıq bağlanmaq qərarına gəlib. Slovakiyaya uzun müddətə gələn hər kəsə karantin tətbiq olunur.

İspaniyada da karantin tədbirləri geri qayıdıb. Paytaxt Madriddə bir neçə rayonda təcrid hökm sürür.

Fransa da vəziyyət buna doğru gedir. Fransa yaz aylarında yaşadığı kabusun geri dönəcəyindən bərk ehtiyatlanır.

Almaniyada da vəziyyət xoşəgələn deyil. Avropa Birliyinin lider ölkəsi virusla mübarizənin ikinci mərhələsinə qədəm qoyub. Ancaq ölkədə təkcə virus problem yaratmr, həm də sərt karantin tədbirlərinə etiraz edən əhali problem yaradır. İnsanlar küçələrdədir və karantinin bitməsini tələb edirlər.

Cənub-Şərqi Asiyada da koronavirusun ikinci dalğası başlayır.

Ümumdünya Səhiyyə Təşkilatı oktyabr-noyabr aylarında koronavirusun ikinci dalğasının daha sürətlə başlayacağını bildirərək, ölü sayının da artıq olacağına dair xəbərdarlıq edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR