Paşinyan yenə Rusiyaya yalvardı: - “Öhdəlikləri var, kömək edəcəklər”

5-10-2020, 12:02 342 dəfə baxılıb

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın iki ölkə arasında imzalanan bütün müqavilə öhdəliklərini yerinə yetirəcəyinə əmindir.

KONKRET.az xəbər verir ki, bunu o, Bild qəzetinə bildirib.

Moskvadan mümkün yardımla bağlı sualı cavablandıran Paşinyan Rusiyanın hərbi bazasının Ermənistanın Gümrü şəhərində yerləşdiyini və eyni zamanda vahid hava hücumundan müdafiə sisteminin olduğunu xatırladıb.

“Bu sistemlə bağlı razılaşma bu silahlı qüvvələrin Ermənistanın təhlükəsizliyi üçün hansı hallarda istifadə edilə biləcəyini çox dəqiq şəkildə müəyyənləşdirir. Əminəm ki, Rusiya bu cür hallar baş verərsə, müqavilə öhdəliklərini yerinə yetirəcəkdir” deyib.

Bazanın yerləşdirilməsinə dair razılaşmada bildirilir ki, Ermənistana hər hansı bir xarici təhlükə olarsa, bu, Rusiya üçün xarici təhlükə kimi qəbul ediləcək.

3 oktyabrda Paşinyan Ermənistanın bir həftə əvvəl İrəvan ilə Bakı arasındakı qarşıdurmanın kəskinləşdiyi Dağlıq Qarabağa rus sülhməramlılarının gətirilməsi məsələsini müzakirə etməyə hazır olduğunu bildirib.

Münaqişə zonasında Rusiyadan olan sülhməramlıları görmək istəyib-istəmədiyinə dair sualı cavablandıran hökumət başçısı belə bir qərarın ATƏT-in Minsk qrupu çərçivəsində daha geniş bir kontekstdə verilə biləcəyini vurğulayıb.

27 sentyabrda Dağlıq Qarabağda toqquşmalar baş verib. Rəsmi Bakı erməni qüvvələrinin işğal edilən Qarabağın təmas xəttində yerləşən mövqelərini və yaşayış məntəqələrini atəşə tutduğunu və Azərbaycan ordusunun əks hücuma keçdiyini elan edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR