Ovannisyan qaçan erməni həbçilərə çağırış etdi: - Kişi olun!

19-10-2020, 17:58 247 dəfə baxılıb

Azərbaycan Ordusunun işğal edilmiş ərazilərdə anti-terror əməliyyatları davam edir.

Axar.az xəbər verir ki, erməni hərbçilər kütləvi sürətlə fərarilik edirlər.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan fərarilik edən hərbçiləri “kişi” olmağa çağırıb.

“Kişi olun, sona qədər döyüşün. Hətta tələbələr öz dəstələrini formalaşdırdılar və döyüşürlər. Onlar ölməyə hazırdır, bəs siz?”, - o deyib.

Ovannisyan erməni gənclərinə çağırış edib.

“İrəvanda maşınlara bayraq asaraq və vətənpərvərlik mahnıları oxuyaraq, qələbəni yaxınlaşdırmırsınız. Silah götürün və irəli gedin”, - isti kabinetində oturan Artsrun deyib.

Ermənistan hərbi rəhbəliyi əsgər və zabitlərin fərariliyinin qarşısını ala bilmir. Təkcə ötən gecə 5-ci dağ atıcılıq alayının 1-ci batalyonunun 300 hərbiçisi böyük miqdarda hərbi texnikanı, ölü və yaralıları qoyaraq qaçıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR