Ermənistan cəsədlərinə niyə sahib çıxmır?

20-10-2020, 09:58 206 dəfə baxılıb

"İrəvan meyitləri ona görə təhvil almır ki, çoxsaylı cəsədlərin ailələrinə verilməsi daxildə Paşinyan hakimiyyəti əleyhinə narazılığın daha da artmasına səbəb olacaq”.

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin diplomatik korpusun nümayəndələrilə bu gün keçirdiyi brifinqdə Azərbaycan tərəfinin birtərəfli qaydada erməni əsgərlərinin cəsədlərini təhvil verməyə hazır olmasına baxmayaraq, İrəvanın bu müraciətə laqeyd qalması ilə bağlı fikirlərinə münasibət bildirərkən hərbçi ekspert İbrahim Rüstəmli deyib:

"Ermənistan öz meyitlərinə belə yiyə durmur. Azərbaycanın erməni əsgərlərinin cəsədini təhvil verməyə hazır olmasına rəğmən İrəvanın buna laqeyd yanaşması təbii ki, düşmən ölkədə daxili auditoriyaya hesablanmış addımdır.

Erməni əsgərlərinin meyitlərinin təhvil alınıb valideynlərinə verilməsi hakimiyyətdən narazılığın daha da artması təhlükəsini özündə ehtiva etdiyindən, Paşinyan iqtidarı buna getməkdən yayınır. Çünki əsl reallığın üzə çıxması Paşinyan iqtidarının siyasi karyerasının fiaskosu olacaq. İqtidar qorxur ki, hər ölmüş erməni əsgərinin ailəsi sonda dönüb Paşinyana qarşı çevrilə bilər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR