Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 131-ə çatıb

22-10-2020, 16:30 176 dəfə baxılıb

Ermənistanda daha 2 297 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 70 836-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 1 131-ə çatıb. İndiyədək 49 787 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 19 591 aktiv koronavirus xəstəsi var.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR