QARABAĞ SAVAŞIYLA DƏYİŞƏN RUS MÖVQEYİ:Türkiyənin balanslı siyasəti həm də Rusiyanı dağılmaqdan xilas edəcək - TƏHLİL

26-10-2020, 11:30 125 dəfə baxılıb

Maraqlıdır, Rusiya sanki 30 il əvvəlki mövqeyində olmadığını göstərməyə çalışan bir mənzərə yaradır. Bu, sadəcə bir mənzərə deyil. Aydın məsələdir ki, ABŞ-ın Ermənistan vasitəsilə Rusiyaya yaxınlaşması və onu nəzarətə almaq siyasəti Moskvanı yeni stategiyalar hazırlamağa sövq edib.

Rusiya ictimaiyyətinin Azərbaycan və Türkiyə əleyhinə işlətdikləri ifadələrə müvəqqəti olaraq qulaq tıxamaq lazımdır. Aparılan bu təbliğatlarda məqsəd Moskvanın baxış bucağına təsir etməkdir. Görünür, erməni lobbisinin və ona dəstək verən bir sıra təşkilatların əsas məqsədi Kremlinin yaranmış problemə baxış tərzini getdikcə sərtləşdirməkdir. Yazılmış ssenari eynidir.

SSRİ-nin sonlarına yaxın bu ölkənin sürətlə çöküşünə zəmin yaradan erməni təşkilat və birləşmələri o vaxtkı ssenarini yenidən davam etdirirlər. İşlədilən ifadələr, edilən hərəkətlər, davranışlar tamamilə oxşardır. Nəticə isə ortadadır – SSRİ-i artıq çöküb.

Doğrudur, bu ölkənin dağılma səbəblərinin başında əsasən iqtisadi və digər faktorlar dayanırdı. Ancaq bu dağılmanın qığılcımını yenə də Qarabağ üzərindən, erməni qiyamları üzərindən aparanlar eyni üsullardan istifadə etməklə, sadəcə izləyici deyil, həm də dəstəkçi olurlar.

Görünür, Moskva indi tamamilə fərqli bir yol tutub.



Rusiya Qərb İttifaqının bir parçası sayılan Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmir. Digər tərəfdən, rəsmi Moskva Azərbaycan ictimaiyyətində fikirlərin Rusiya əleyhinə olmamasını da hesablayır.

Əlavə olaraq, Rusiya Paşinyan və siyasətinin qarşısında yer almaq əvəzinə, təbii yolla Paşinyanın iqtidardan uzaqlaşdırılmasını daha tutarlı üsul kimi qiymətləndirir.

Dağlıq Qarabağa erməni əhalisinin nə zaman gətirildiyini Rusiya özü hər kəsdən daha yaxşı bilir. Çünki arxiv sənədlərinin daha məxfi hissələri elə Rusiyadadır. Hətta Rusiya erməni əhalinin Dağlıq Qarabağa yerləşdirilməsində aktiv rol oynayıb. Təkcə rusəsilli yazıçı və diplomat Aleksandr Sergeyeviç Qriboyedovun kitablarına nəzər salsaq, Qafqazın demoqrafik quruluşuna aid çox qəribə və gerçək dəlillər tapa bilərik. Rusiya bunları fərqindədir, ancaq hər zaman ört-basdır edib.

İndi Putin Qarabağ və yeddi rayonun Azərbaycanın halal torpaqları olduğunu yaxşı bilir. Digər tərəfdən, o, bu problemin SSRİ-nin parçalanma səbəblərindən biri olduğunu da yaxşı bilir. İndiki vəziyyətdə isə tərəf olmağın növbəti bir “Rusiya çöküşü” anlamına gəldiyini dərk edir və hadisələrə bu narahatlıqla yanaşır. Bu isə ağıllı yanaşmadır.

Bütün bunlarla yanaşı, bir də səhnədə ulduzu get-gedə parıldayan Türkiyə faktoru var. Rusiya “S-400” mövzusundan artıq necə bir sözübütöv liderlə və dövlətlə qarşı-qarşıya gəldiyini fərqindədir.

Rusiyanın məngənəyə salınmasının yeni mərhələsinin Ermənistan və qızışdırdığı Qarabağ müharibəsi ilə əlaqədar olduğu bilinəndir. Bu səbəbdən də Rusiya açıq-aşkar dəstək verdiyi Ermənistana indi məsafəli yanaşır.

Türkiyə və Rusiyanı üz-üzə gətirmək ABŞ üçün ən gözəl fürsətdir. Əslində isə bu gərginliyin qığılcımını Makron başlatmışdı. Ancaq bu dəfə fərqli bir situasiya ilə qarşı-qarşıya qaldılar. Moskva ilk günlərdən Qarabağ mövzsununda “Ankara ilə təmasdayıq” mesajı ilə bizə, bir növ, siqnal ötürdü.

Nəticəyə gəldikdə isə, bunu Allahdan başqa heç kəs bilə bilməz. Ancaq gedişat göstərir ki, Putin bölgədə sakitliyin açarının Azərbaycanın razılığından keçdiyini fərqindədir.

Digər tərəfdən, bu mənasız işğaldan Moskvayönümlü erməniəsilli şəxslər də bezib. Məsələn, Rusiyada tanınmış erməniəsilli rejissor Karen Georgiyeviç Şahnazarov tez-tez vurğulayır ki, Qarabağ Azərbaycandır və nə qədər gec deyil, oranı tərk etmək lazımdır.

Bəli, kifayət qədər gec olsa da, indiki vəziyyət heç də asanlıqla başa gəlmədi. Artıq tarixi gedişat və konyuktura bizə yeni arqumentlər gətirilməli olduğunu izah edir. Ən doğru və real arqumenti istehsalçı olaraq meydana gəlişi ilə balansı dəyişdirmə qabiliyyəti göstərən Türkiyə təyin etməkdədir. Bu, Rusiya üçün narahatlıq yaratsa da, əslində sonunda Rusiyanı da qurtaracaq bir reallıqdır. Moskva fərqindədir ki, “okeanın digər tərəfindəki ağıl” Rusiyanın çökməsini arzulayır.

İndiki vaxtda isə Türkiyə müttəfiqi olduğu Qərb İttifaqının daxilində yer almır. Bu isə Rusiya üçün çox önəmli detaldır. Türkiyə hər kəslə öz fəlsəfəsi çərçivəsində ittifaq quraraq hərəkət edəcəyini hər mərhələdə göstərir. Ukrayna ilə münasibətlərin formatı Türkiyənin, ABŞ və müttəfiqlərindən fərqli olaraq, Rusiya ilə düşmən olmadan, Ukrayna ilə dostluğun zirvəsinin necə dizayn edilə biləcəyini göstərir.

Yeni dövr və yaranmış yeni balanslar Rusiyanın Qarabağ siyasətində yeni mərhələyə gedilməsini öyrədir. Bu qaydalar isə Rusiyaya 1980-ci illərin sonunda etdiyi xətanı təkrarlamaması üçün yol göstərir. Bu da indiki Rusiyanı keçmiş Rusiyadan fərqləndirəcək əsas amildir.

Tərcümə Strateq.az-ındır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR