Paşinyan Xankəndinə Azərbaycan bayrağı sancılmamış Rusiya sülhməramlılarının gəlməsi üçün yalvardı...

30-10-2020, 23:04 340 dəfə baxılıb

Paşinyan Xankəndinə Azərbaycan bayrağı sancılmamış Rusiya sülhməramlılarının gəlməsi üçün yalvardı...


“Rusiya sülhməramlılarının Qarabağa daxil olması Qarabağ münaqişəsinin optimal həlli ola bilər”.

Moderator.az xəbər verir ki, bu haqda Ermənistan baş naziri Nikol Paşinyan bu gecə “The Daily Telegraph” nəşrinə müsahibəsində bildirib.

“Rusiya sülhməramlılarının münaqişə bölgəsinə gətirilməsinin tərəfdarıyam. Ancaq problem burasındadır ki, Rusiya Federasiyasından sülhməramlı qüvvələrin yerləşdirilməsinə bütün münaqişə tərəfləri razılıq verməlidir”- işğalçı baş nazir belə deyib.

Eyni zamanda Ermənistan baş naziri Avropanı Türkiyənin Azərbaycana dəstək verməməsi üçün daha çox səy göstərməyə çağırıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR