Rusiya öhdəliyini icra etmir: Türk ordusu girəcək... - "Buranı qan gölünə çevirmək istəyirlər..."

26-11-2020, 12:53 123 dəfə baxılıb

Türkiyə Suriyada yeni hərbi əməliyyata başlaya bilər.

Axar.az xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Coşqun Başbuğ deyib.

O bildirib ki, “Sülh çeşməsi” bölgəsində demək olar ki, hər gün təxribata cəhd edilir:

“Buranı qan gölünə çevirmək istəyirlər. Cənab Ərdoğan hər dəfə terrorla mübarizə məsələsi ilə bağlı danışanda sərt fikirlər səsləndirir. Mən terror bataqlığını qurudacağımıza əminəm.

Bölgədə ABŞ və Rusiya üzərinə düşən öhdəlikləri yerinə yetirmədi. Davamlı olaraq müddəti uzatdılar. Cənab Ərdoğan Suriya ilə bağlı mesajlarını yolladı. Amma bununla bağlı heç kim addım atmadı. Buna görə yaxın günlərdə Suriyada yeni əməliyyatın başlayacağını düşünürəm. Neştəri yaraya basıb bu işi kökündən həll etməliyik”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR