“Sentyabrda Vladimir Putin devriləcək” - Sergey Markov

6-01-2021, 00:16 255 dəfə baxılıb

“Bu gün Putinə qarşı həmrəyliyin gücləndiyini görürük. Navalnının işi son dərəcə maraqlıdır. Çünki Vladimir Putin əsas opponentlərini qeyri-insani yollarla neytrallaşdırır. Bundan isə ən çox ziyan görən də Putin özü olur. Bildiyiniz kimi, son sanksiyalar şəxsən Vladimir Putinə qarşı tətbiq edildi. Olimpiya Komitəsinin tədbirlərinə, Olimpiya Oyunlarına və digər beynəlxalq tədbirlərdə iştirakına qadağa qoyuldu. Üstəlik, ortada siyasi rəqibinin kütləvi qırğın silahlarının köməyi ilə öldürülməsinin təşkilatçısı olduğu barədə birbaşa ittihamlar var. Bu çox böyük bir fırtınanın yaxınlaşmasının simptomlarıdır”.

Bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Exo Moskva” radiosunun efirindən səsləndirib.

Politoloq əlavə edib ki, “Düşünürəm ki, iyul-avqust aylarında bu fırtına baş verəcək. Vəziyyət sentyabra qədər inkişaf edəcək və Vladimir Putini Rusiya prezidentliyindən devirməyə çalışacaqlar. Bu, mənim əsas qənaətimdir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR