Ukraynada rus dili QADAĞAN OLUNDU - Rusca danışan 224 dollar cərimə ödəyəcək

16-01-2021, 15:28 170 dəfə baxılıb

Ukraynada rus dili QADAĞAN OLUNDU - Rusca danışan 224 dollar cərimə ödəyəcək


Ukraynada bu gündən etibarən başqa dildə, o cümlədən rusca danışmaq qadağan olunub.

Ovqat.com xəbər verir ki, Ukraynada artıq mağazalarda, kafelərdə və digər xidmət müəssisələrində danışmaq mümkün olmayacaq.

Məlumata görə, bu gün qüvvəyə minən Ukrayna Dövlət Dili haqqında Qanuna görə, bundan sonra bütün xidmət sahələri müştərilərlə yalnız dövlət dilində ünsiyyət qurmalıdır. Dil qanunvericiliyinin yeni tələbləri supermarketlər və internet mağazalarına, restoranlara, kafelərə, banklara, yanacaqdoldurma məntəqələrinə, apteklərə, klinikalara, kitabxanalara və idman zallarına şamil edilir.

Qanunu pozanların cəzası da ağır olacaq. Qanun tələblərini yerinə yetirilməməsi halında, qanunpozucunu 6,8 min Ukrayna Grivnası (224 dollar) üçün əhəmiyyətli cərimə gözləyir.

Qeyd edək ki, Ukraynada əhalinin ən azı 1/3-ü rusdur. Qanun da əslində rus dilinin ümumişlək vəziyyətdən çıxarılması üçün qəbul olunub. Azərbaycanda isə tək-tük rus ailələri yaşayır. Hakimiyyətin rusdilli məktəbləri təşviqi nəticəsində rusca ölkənin az qala ikinci dilinə çevrilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR