Gürcüstan əhalisinin 60 faizi koronavirus əleyhinə peyvənd olunacaq

18-01-2021, 15:46 192 dəfə baxılıb

"Hökumətin hazırladığı plana əsasən, Gürcüstan əhalisinin 60 faizi koronavirus əleyhinə peyvənd olunacaq".

Bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Baş epidemioloq deyib ki, 18 yaşa qədər olan şəxslər peyvənd olunmayacaq. Ona görə ki, bu yaşdan kiçik olanların peyvəndlənməsi ilə bağlı tibbi araşdırma aparılmayıb.

Mərkəz rəhbəri qeyd edib ki, kollektiv immunitetin yaradılması və normal həyat ritminə qayıtmaq üçün əhalinin 60 faizi peyvənd olunmalıdır.

Onun sözlərinə görə, peyvəndləmə ölkəyə 165-170 milyon lariyə başa gələcək.

Bildirilib ki, Gürcüstanda koronavirusa qarşı peyvəndin bu ilin birinci rübündə tətbiq olunacağı nəzərdə tutulub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR