"Putinin küçüyü Ermənistanda hakimiyyətə can atır...” - Erməni analitik

5-03-2021, 10:58 178 dəfə baxılıb

"Bu cinayətkarın yeri hökumətin ən yüksək eşelonlarında yox, həbsxanadadır...”

"Köçəryan hamımıza Rusiyanın kuklası olan bir adam kimi qaldığını bir daha sübut etdi. Və Kremlin köməyi ilə Ermənistandakı ən yüksək hakimiyyətə diş vurmaq niyyətindədir...”

Moderator.az xəbər verir ki, bu fikirlər Ermənistanın "ArmenianReport”un analitiki Tevos Arşakyanın "Putinin küçüyü Ermənistanda hakimiyyətə can atır...” adlı məqaləsindəndir.

Aktuallığını nəzərə alıb materialın əsas hissələrinin tərcüməsini nəzərinizə çatdırırıq:

"Robert Köçəryanın Rusiya KİV üçün verdiyi mətbuat konfransı Ermənistandakı ən yüksək vəzifə üçün ən hay-küylü sifariş oldu. Əgər bu günə qədər ölkəmizdə kimsə Köçəryanın bütün bu müxalifət vurhavurunun və Baş Qərargah üsyanının arxasında olmasına şübhə edirdisə, indi ikinci prezidentin Paşinyanın yerinə iddia etməsi hamıya aydındır. Üstəlik, açıq şəkildə Rusiyanın və dostu Vladimir Putinin köməyi ilə...

Yaxşı, Köçəryanın erməni mətbuatı üçün deyil, Rusiya mətbuatı üçün mətbuat konfransı çağırmasını başqa bir şəkildə necə izah etmək olar? Düşüncələrinizi, erməni cəmiyyəti üçün seçki proqramınızı potensial seçicilərinizə çatdırmaq istəyirsinizsə, ilk növbədə rus jurnalistlərə deyil, erməni jurnalistlərə izah etməlisiniz. Çətin ki, Köçəryan qədər siyasətdə və saray oyunlarında inkişaf etmiş bir adam bunu anlamasın. Fəqət, o etdiyini etdi və bununla da hamımıza Rusiyanın bir kuklası olan bir adam olaraq qaldığını bir daha sübut etdi. Və Kremlin köməyi ilə Ermənistandakı ən yüksək hakimiyyətə diş vurmaq niyyətindədir...”

"...Mətbuat konfransı ilə Köçəryan bizə aydın oldu ki, hakimiyyətə qayıtsa, Ermənistanı Rusiyanın dilsiz-ağızsız bir vassalına çevrilməsi prosesini başa çatdıracaq. Ancaq o yanılır - biz onsuz da demokratiyanın və dövlət müstəqilliyinin dadını tanımağı bacarmışıq. Və geri yol ola bilməz. Növbəti seçkilərdə Paşinyanı yenidən seçməsək də, şübhəsiz ki, onun əvəzi Köçəryan olmayacaq. Bu cinayətkarın yeri Ermənistan hökumətinin ən yüksək eşelonlarında yox, həbsxanadadır...”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR