Köçəryanı diriltmək cəhdləri fayda verəcəkmi? – “Bu yaramazı hakimiyyətə gətirmək istəyirlər”

7-04-2021, 12:03 191 dəfə baxılıb

"Pozner sözün hər mənasında atasının oğludur və nə qədər sərbəst, yaradıcı adam rolu oynamağa çalışsa da, onun kimi həmişə tapşırıqla durub-oturub. Bir neçə gün öncə Gürcüstandan qovulan bu qoca hoqqabazın Köçəryanla müsahibəsi də qətiyyən öz təşəbbüsü deyil, onları bir-birinə calaşdıran var”.

Sfera.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib. Millət vəkilinin sözlərinə görə, Poznerə Köçəryandan müsahibə aldıranların yayda Ermənistanda keçiriləcək parlament seçkisində məhz onun qələbə çalmasından yana olduğu hiss olunur:

"Planlarını realaşdırmaq üçün texnoloji fəndlərə də əl atmaqla artıq hərəkətə keçiblər. Bu isə o deməkdir ki, Rusiyadakı bəlli çevrələr Ermənistanla Azərbaycan arasında düşmənçiliyin tam ortadan qalxmasını, iki qonşu xalqın qarşıqlıqlı faydalı əməkdaşlığa dayanan əlaqələr qurmasını, dayanıqlı sülh içində yaşamasını istəmirlər. İstəsə idilər, Xocalı soyqırımını törədən, əli azərbaycanlıların qanına batan, bu regionda düşmənçilik toxumu səpən yaramazlardan birini yenidən Ermənistanın başına gətirməyə çalışmazdılar”.

Deputat qeyd edib ki, Köçəryanın Ermənistanda yenidən hakimiyyətə gətirilməsi cəhdi Azərbaycan-Rusiya əlaqələrinə də təsirsiz ötüşməyəcək:

"Haylara gəldikdə, əgər onlardan kimsə Köçəryanın hakimiyyətə gəlməsiylə Qarabağda yenidən at oynadacaqlarını düşünürsə, kökündən yanılır. Ötən əsrin 80-90-cı illərində meydana buraxılan Köçəryanın Azərbaycanın yaratdığı yeni reallığa təsiri Şuşaya atılan elə həmən 80-90-cı illərdən qalma "İsgəndər-M" raketlərinin təsirindən o yana getməyəcək”.

Qeyd edək ki, Köçəryan ötən gün Gürcüstana səfər etməsi ilə böyük qalmaqala səbəb olan telejurnalist Vladimir Poznerin müəllif verilişində qonaq olub. Eks-prezident aparıcının suallarını Moskvada olarkən cavablandırıb.

Xatırladaq ki, Pozner Gürcüstanın ərazi bütövlüyünə şübhə etdiyi üçün Tiflisdən yumurta atəşi ilə yenicə qovulub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR