Rusiya 200-dən çox yaraqlını məhv etdiyini bildirir - Prezident seçkilərinə hazırlıq

20-04-2021, 14:12 125 dəfə baxılıb

Rusiyanın Müdafiə Nazirliyi Suriyada may ayına təyin edilmiş prezident seçkiləri ərəfəsində seriya terror aktları və silahlı hücumlar törətməyə hazırlaşan qruplaşmaya güclü hava zərbələri endirildiyini bəyan edir.

Məlumata görə, Rusiyanın "Orion” pilotsuz təyyarəsi Palmira rayonunda yaraqlıların maskalanmış bazasını aşkar edib. Bunların İŞİD özəkləri olduğu bildirilir. Su-34 təyyarələri ilə endirilən bomba zərbələri nəticəsində azı 200 yaraqlının öldürüldüyü, çoxsaylı texnikanın sıradan çıxarıldığı açıqlanıb.

Suriyada qarşıduran tərəfləri barışdırmaq üzrə Mərkəzin rəhbər müavini Aleksandr Karpov bildirib ki, hava zərbələri nəticəsində 500 kiloqrama yaxın partlayıcı maddə və üzərində pulemyotlar quraşdırılmış onlarla "pikap” da məhv edilib.

Vətənda müharibəsi girdabına yuvarlanmış, milyonlarla insanın ölkəni tərk etdiyi, yüz minlərlə insanın öldürüldüyü Suriyada Əsəd rejimi prezident seçkilərini mayın üçüncü ongünlüyünə təyin edib. Müxalif qüvvələr bu seçkiləri boykot edir.

Virtualaz.org


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR