Paşinyanın “general ovu” – Onlar zərərsizləşdirilməsə, Azərbaycanla normal əlaqələr qurulmayacaq

28-04-2021, 13:12 113 dəfə baxılıb

"Ermənistanda siyasi-hərbi vəziyyət növbəti dəfə gərgin mərhələyə keçir. Baş nazir Nikol Paşinyan onun istefasını tələb edən generallara qarşı cinayət işi açdıraraq ordudan xaric edib, onları həbs etdirməyi planlaşdırır”.

Sfera.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloqun sözlərinə görə, sabiq Baş qərargah rəisi Onik Qasparyanı istefaya göndərdikdən sonra, onunla birgə istefa bəyannaməsinə imza atan generallara dəyməyəcəyini deməsi Paşinyanın manevri idi:

"Demək olar ki, ordu korpus komandirləri Paşinyanın istefasını tələb edən imzaya malikdirlər. Paşinyan prosesləri nəzarətə aldıqdan sonra, onları orduda saxlamağı özünün hakimiyyətinə qarşı təhlükə hesab edir. Baş nazirin istefasını tələb edən və orduda əsas vəzifələrdə olan bu generallar Rusiyaya və Köçəryana bağlı şəxslərdir. Ona görə də onları zərərləşdirmək Paşinyanın strateji planındadır.

Onların orduda qalması Köçəryan və Rusiyanın generallarını saxlamaqdır və bu, Paşinyanın islahatarına mane olacaq. Xüsusilə həmin generallar Azərbaycanla əlaqələrin normallaşdırılmasına və Zəngəzur dəhlizinin açılmasını sabotaj edəcəklər. Ona görə də Paşinyan bu generalları ordudan təmizləməklə, qarşısında olan maneləri aradan qaldıracaq. Bununla həmçinin Rusiyanın orduda mövqeyini zəiflədəcək”.

M.Əsədullazadə qeyd edib ki, Paşinyan genralları ordudan uzaqlaşdırmaqla öz hakimiyyətini gücləndirəcək: "İlk növbədə ona qarşı çıxan genaralları zərərsizləşdirməklə hərbi çevriliş cəhdinin təkararlanmasının qarşını alır. İkincisi, Rusiya və Qarabağ klanının ordu ilə əlaqəsini kəsir. Üçüncüsü, orduda revanşizmin qarşısını alır və ordunu yenidən komplektləşdirir. Nəhayət, Azərbaycanla normallaşma əlaqələrinə və Zəngəzur dəhlizinə maneəni aradan qaldırır.

Məhz Zəngilan istiqamətində Azərbaycana qarşı atəşi həyata keçirən də Rusiyaya bağlı bu generalllardır. Əgər Paşinyan onun istefasını tələb edən generalları ordudan uzaqlaşdırmasa, onun hakimiyyətinə və aparacağı islahlatlara təhlükə qalacaq. Ona görə də Baş Qəraragah rəsininin birinci müavinindən başlayaraq prosesə start verib. Növbə digər generallara çatacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR