Miqrantlarla bağlı yeni tələb: - Rus dilini və tarixini bilmək məcburidir

4-06-2021, 16:43 127 dəfə baxılıb

Rusiya hökuməti əcnəbi işçilər üçün rus dilini, tarixini və qanunvericiliyin əsaslarını minimum səviyyədə bilmək üçün tələbləri təsdiqləyib.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Beləliklə, miqrantlar sosial-ümumi və bəzi digər mövzularda sərbəst danışmalıdırlar. Xüsusilə, bu qayda işə qəbul, xəstəxanada konsultasiya və polisə müraciət etmək üçün tətbiq olunur. Lazımi sənədləri və müraciətləri doldurmaq üçün rus dilini bilmək vacibdir.

Rusiya tarixi üzrə imtahandan keçərkən xaricdən müraciət edənlər əsas hadisələr, böyük şəhərlərin adları və mühüm dövlət bayramları barədə biliklərinə görə sınanırlar. Bundan əlavə, miqrantlar ölkədə olduqları müddətdə özlərinin əsas hüquqları, azadlıqları və vəzifələri ilə tanış olmalıdırlar. Bu tələblər, bəzi istisnalarla, yalnız Rusiyada müvəqqəti yaşamağı planlaşdıranlara da şamil edilir.

Bundan əvvəl Daxili İşlər Nazirliyi MDB ölkələrindən olan qanunsuz miqrantların 15 iyun 2021-ci il tarixinədək Rusiya Federasiyası ərazisini tərk etmələrini tələb edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR