Rusiya Baş Kəşfiyyat İdarəsinin yüzlərlə hökumətə və özəl strukturlara hücum etdiyi üzə çıxdı

2-07-2021, 15:04 136 dəfə baxılıb

ABŞ və Britaniyanın təhlükəsizlik orqanları Rusiyanın Baş Kəşfiyyat İdarəsi – GRU kimi tanınan hərbi kəşfiyyatının istifadə etdiyi qlobal qaba qüvvə metodlarını ifşa etdiklərini bildiriblər. İki ölkənin kəşfiyyat strukturları bildirirlər ki, GRU bu metodlardan dünya boyunca yüzlərlə hökümət və özəl təşkilata qarşı ziyanlı kiberfəaliyyətində istifadə edir.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) iyulun 1-də açıqladığı tövsiyə-hesabatda GRU əməliyyatçılarının kiberhücumlarından bəhs olunur. Qeyd olunur ki, Rusiya 2016 və 2020-cı il ABŞ seçkilərinə müdaxilə cəhdlərində, 2015-ci ildə Almaniya parlamenti – Bundestaqa və ya Ukraynanın enerji şəbəkəsinə haker hücumlarında bu metodlardan istifadə edib.

Hesabatda Baş Kəşfiyyat İdarəsinin 85 nömrəli Baş Xüsusi Xidmətlər Mərkəzinin fəaliyyəti barədə təfsilatlı məlumat verilir. Qeyd olunur ki, bu mərkəz ABŞ-ı və yüzlərlə beynəlxalq təşkilatları hədəfləyərkən hökumətlər və özəl sektordakı qurbanlarından ibarət şəbəkəyə sirayət etmək məqsədilə "qaba gücdən” istifadə edib.

Milli Təhlükəsizlik Agentliyinin kibertəhlükəsizlik üzrə direktoru Rob Coys bəyan edib ki, Rusiyanın kiberkampaniyasında iştirak edən hakerlər çox sayda parol variantlarını yoxlayır və beləliklə əsl parolu aşkar etməyə çalışırlar. Coys bu fəaliyyətin hazırda da davam etdiyini ehtimal etdiyini deyib.

Agentlik hesabatında bildirir ki, Rusiya Baş Kəşfiyyat İdarəsi - GRU-ya bağlı əməliyyatçılar həyati əhəmiyyətli şəbəkələrə - Microsoft-un Office 365 bulud xidmətlərindən (cloud services); Google tərəfindən işlənib hazırlanmış "Kubernetes” açıq mənbə alətindən və başqa bulud və elektron poçt ximətlərindən isitifadə ilə müdaxiləyə cəhd göstərirlər.

Hesabatda deyilir ki, bu hücumların hədəfləri sırasına hökumət və hərbiyyə, habelə müdafiə sahəsindəki podratçı şirkətlər , enerji şirkətləri, ali təhsil müəssisələri, logistika və hüquq firmaları, siyasi məsləhətçilər və analitik mərkəzlər daxildir.

ABŞ kəşfiyyatı bildirir ki, hücumlardan qorunmaq üçün "qaba qüvvə cəhdləri” zamanı şübhə yaratmayan "çoxfaktorlu identifikasiyadan "istifadə olunması ən effektiv yollardan biridir.

virtualaz.org


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR