General xəbərdarlıq etdi: “Rusiya ilə müharibə hər an başlaya bilər”

12-07-2021, 18:17 128 dəfə baxılıb

General xəbərdarlıq etdi: “Rusiya ilə müharibə hər an başlaya bilər”Bolqar general Valentin Tsankov Qara dənizdəki vəziyyəti İkinci Dünya müharibəsindən əvvəl SSRİ-Almaniya sərhədində baş verənlərlə müqayisə edib.
Briqada generalı son gəlişmələrin fonunda NATO və Rusiya arasında hərbi toqquşma riskinin kritik həddə artdığını deyib.

O qeyd edib ki, Qara dəniz Rusiya və NATO silahlı qüvvələri arasında birbaşa təmas nöqtəsinə çevrilib. General burada mütəmadi keçirilən təlimlərin həqiqi hərbi əməliyyatların başlamasına rəvac verdiyini bildirib.

Tsankov Rusiyanın bölgədəki hakim mövqedə olmasına, NATO-nun da bölgədə indiyədək misli görünməmiş təlimlərə başladığına diqqət çəkib.

Tsankovun sözlərinə görə, NATO Krımın ilhaqını tanınmadığını nümayiş etdirir ki, bu da Qara dənizə çıxışı olmayan ölkələrin, xüsusən də ABŞ-ın burada hərbi gəmilərinin sayının artması ilə özünü göstərir. General əmindir ki, Vaşinqton bu yolla hərbi potensialını artıran Moskvaya təzyiq göstərməyə çalışır.

General hesab edir ki, baş verənlər münasibətlərin kəskinləşməsinə və gərginliyin artmasına səbəb olur.

Tsankov bölgədəki vəziyyəti 1939-1941-ci illərdə Sovet İttifaqı-Almaniya sərhədlərindəki durumla müqayisə edib: "Bu, müharibəyə başlamağın ən asan yoludur”.

General belə bir müharibənin hər an başlaya biləcəyi barədə xəbərdarlıq edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR