Silah ixracından ən çox gəlir qazanan ölkələrin adları açıqlandı

27-12-2015, 12:49 772 dəfə baxılıb

Silah ixracından ən çox gəlir qazanan ölkələrin adları açıqlandı















Rusiya ikinci yerdə qərarlaşıb

ABŞ Konqresinin nəznində fəaliyyət göstərən tədqiqat xidməti silah ixracı ilə bağlı illik hesabatında Rusiyanı ABŞ-dan sonra ikinci yerdə müəyyənləşdirib.

Bu barədə The New York Times nəşri yazır.

2014-cü ildə Rusiya silah ixracından 10,2 milyard dollar qazanıb (2013-cü ildə 10,3 milyard).

Bununla belə, ABŞ bu sahədə liderliyini qoruyaraq silah ixracından olan gəlirini 10 milyard dollar artırıb.

Belə ki, 2013-cü ildə amerikalılar 26,7 milyard dollar qazanmışdılarsa, 2014-də bu məbləğ 36,2 milyarda qədər artıb.

Artım Qətər, Səudiyyə Ərəbistanı və Cənubi Koreya ilə bağlanmış müqavilələrlə izah edilir.

ABŞ dünya silah bazarının 50%-nə nəzarət edir.

Üçüncü yerdə 5,5 milyard gəlir ilə İsveçrə qərarlaşıb. 4-də Fransa (4,4 milyard), 5-ci isə Çindir (2,2 milyard).


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR