İker Kasilyas mətbuat konfransında ağladı - VİDEO

13-07-2015, 14:59 839 dəfə baxılıb

İker Kasilyas mətbuat konfransında ağladı - VİDEO
















“Sanki dünən “Real Madrid”in köynəyini geyinmişəm”

Əfsanəvi futbolçu İker Kasilyas “Real Madrid” futbol klubundan “Portu” klubuna keçməsi ilə əlaqədar təşkil olunmuş mətbuat konfransında ağlayıb.

azinfo.tv xəbər verir ki, bütün karyerası boyunca “Real”da oynayan Kasilyasın müqaviləsi 2017-ci ildə bitəcəkdi.

Lakin şənbə günü Madrid klubu Kasilyasın “Portu”ya keçməsini elan etdi. Növbəti gün “Santiyaqo Bernabeu” stadionunda dünyanın ən yaxşı qapıçılarından biri olan Kasilyasın mətbuat konfransı keçirildi.

“İlk öncə bura gəldiyiniz üçün hər kəsə təşəkkür etmək istərdim. Bu gün bu möhtəşəm stadiona, “Real Madrid”ə və azarkeşlərinə əlvida demək üçün gəlmişəm. 25 il bu emblemi daşıdıqdan sonra bu gün buranı tərk edirəm. Sanki dünən, 9 yaşımda “Real Madrid”in köynəyini geyinib, öz arzumun gerçəkləşdiyini görürdüm. Bu gün isə mənim karyeramın ən çətin günüdür. Hər zaman buranı xatırlayacağam, haraya getməyimdən asılı olmayaraq dilimdə hər zaman “HALA MADRİD” olacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR