Tbilisidə azarkeşlər və polis arasında qarşıdurma - VİDEO

14-07-2015, 12:44 803 dəfə baxılıb

Tbilisidə azarkeşlər və polis arasında qarşıdurma - VİDEO


















Aksiyanı “Barselona”-“Sevilya” matçına bilet tapmayan azarkeşlər başladıblar

Tbilisidə etiraz aksiyası 1500 azarkeşin UEFA superkubokunun matçına biletsiz qalmasından sonra başlayıb.

azinfo.tv “Kafqazski uzel”ə istinadən xəbər verir ki, ölkənin Futbol Federasiyası heç bir bileti mənimsəmədiyini iddia edir.

“Barselona”-“Sevilya” matçına biletlərin satışı iyul ayının 12-də səhər başlayıb. Vake parkında uzun növbə yaranıb, iki qrup azarkeşlər arasında mübahisə başlayıb.

Dünən kassalarda bilet satışı sona çatıb. Çoxsaylı azarkeşlər futbol matçına biletsiz qalıblar, baxmayaraq ki, alıcıların hesablamalarına görə, hamıya yer çatmalı idi.

“Gürcüstan Futbol Federasiyası satışa 22 min bilet çıxaracağını bildirmişdi. Bu biletlər hər birində 50 nəfər olan 110 qrupa çatırdı. Biletləri 80 qrup ala bilib, 30 qrup isə biletsiz qalıb. Futbol matçının 6 min bileti hardadı?”, - azarkeşlərdən biri deyib.

50 nəfərlik qruplara azarkeşlər artıq iyulun 10-dan növbə tutmağa başlayarkən bölünüblər. Bu, Futbol Federasiyasının narazılığına səbəb olub, onlar bu bölünməni qanunsuz adlandırıblar, bu barədə Gürcüstanın idman jurnalisti İrakli Alimbaraşvili bildirib. Alimbaraşvilinin sözlərinə görə, o, özü biletsiz qalıb. “Exo Kafqaza” yazır ki, şəhərdə bilet üçün belə böyük növbə hələ olmamışdı.

“Bir anda kassaya bilet üçün iki qrup daxil oldu”- alıcılardan biri bəyan edib. Onlardan hər biri maksimum 4 bilet ala bilərdi, ümumilikdə 400 bilet edir, amma onun sözlərinə görə, parkın pilləkənində quraşdırılmış tabloda birdən-birə 800 biletin satıldığı yazılıb.

Kassalarda biletlər bitdikdən sonra qalan 30 qrupa daxil olan 1500 adam Futbol Federasiyasının ofisinə yollanıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları ofisin perimetri üzrə mühafizə xətti qurublar və azarkeşləri ora buraxmayıblar, bu isə polis və fanatlar arasında qarşıdurmaya səbəb olub.

Aksiya zamanı alıcılardan biri bildirib ki, gecə parkda elektrik enerjisinin verilişi dayandırılıb. Bu zaman tablo da işləməyib, ona görə də satılan biletlərin sayını izləmək imkanı olmayıb.

Gürcüstan Futbol Federasiyası satış üçün nəzərdə tutulan biletlərdən birini də mənimsəməyib, bu barədə bu gün matçın təşkilat komitəsinin nümayəndəsi Laşa Dvalişvili bəyan edib. Onun sözlərinə görə, kassaların ərazisində heç bir problem olmayıb, “Sputnik” yazıb. Amma video-yazıya baxdıqda Dvalişvilinin dürüst olmadığı üzə çıxır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR