Rusiya patriarxı: Erməni “soyqırımı” olmayıb – VİDEO

11-01-2016, 13:36 687 dəfə baxılıb

Rusiya patriarxı: Erməni “soyqırımı” olmayıb – VİDEO























“Xristian və müsəlmanlar arasında münasibətlər heç də həmişə hamar olmayıb”

Bütün Rusiyanın patriarxı Kirill “Rossiya 1” telekanalına müsahibə verib, Lragir məlumat yayıb.

Patriarx Kirill Yaxın Şərqdəki vəziyyətdən, xristian və müsəlmanların münasibətindən danışıb.

Onun sözlərinə görə, Suriyada, İraqda və digər yerlərdə xristianlar həddən artıq mürəkkəb vəziyyətdə olublar.

“Xristian və müsəlmanlar arasında münasibətlər heç də həmişə hamar olmayıb, zorakı islamlaşdırma, xristian ərazilərin işğalı kimi hallar yaşanıb. Lakin itkilərlə qeydə alınan hərbi əməliyyatları nəzərə almasaq, bu gün müşahidə olunan hallar heç vaxt baş verməyib”, - patriarx bildirib.

O, Osmanlı imperiyasını misal gətirib.

“Məsələn, türk imperiyasını, Osmanlını götürək. Orada xristian azlıqlar olub, lakin onları heç kim məhv etməyib, çünki dini icmalar arasında münasibətlərin bir nizamı olub”, - o deyib.

Qeyd edək ki, Rusiya Dövlət Duması 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyıb.

Müsahibəyə 7.50-ci saniyədən baxa bilərsiniz.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR